AZ

“Komandanı formalaşdırmaq üçün çox iş görməliyik” - Kukseviç

“Milli komandada işləmək böyük məsuliyyət və şərəfdi”.

"Football-plus.az" xəbər verir ki, bunu futzal üzrə millimizin yeni baş məşqçisi Yevgeni Kukseviç deyib.

53 yaşlı rusiyalı mütəxəssis təyinatına münasibət bildirib. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, komandanı formalaşdırmaq üçün çox iş görülməlidi:
“İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.

Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsi Kukseviçin yığmaya təyinatını təsdiqləyib. Onunla 1 illik müqavilə imzalanıb.
Seçilən
37
2
football-plus.az

4Mənbələr