AZ

Azərbaycan millisinin yeni baş məşqçisi: "Komandanı formalaşdırmaq üçün çox iş görməliyik"

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Yevgeni Kukseviç təyinatı ilə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlama verib.

"Milli komandada işləmək böyük məsuliyyət və şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.

Qeyd edək ki, Yevgeni Kukseviç və fiziki hazırlıq üzrə məşqçi Aleksey Kudlayla 1 illik müqavilə imzalanıb.

Seçilən
60
12
report.az

10Mənbələr