İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib.
Sitat.info xəbər verir ki, dövlət televiziyasının məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf qanun layihəsinin qəbulundan sonra açıqlama verib.
“İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərimizin təhlükəsizliyi tam təmin olunana qədər MAQATE ilə əməkdaşlığı dayandırır”, - Qalibaf deyib.
İran rəsmisi qeyd edib ki, ölkəsinin dinc nüvə fəaliyyətləri daha sürətlə inkişaf edəcək.
Seymur,
Sitat.info