AZ

Dövlət Departamenti Ukraynaya silah tədarükünün dayandırılmasını rədd edib

Ukrayna tərəfinə zenit və digər növ raketlərin tədarükünün dayandırılması hərbi dəstəyin dayandırılması demək deyil və danışıqlarda faktora çevrilməməlidir...

Poliqon xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus brifinq zamanı bildirib.

"Bu sülh danışıqlarında faktora çevrilməyəcək, çünki biz Ukraynaya silah göndərməyi dayandırmamışıq. Yalnız bu aspekt, iş, vəziyyət dəyişib", o deyib.

Bryusun sözlərinə görə, tədarükün dayandırılması qərarını ABŞ prezidenti Donald Tramp ölkənin maraqlarını birinci qoymaq üçün verib.

Bundan əvvəl ABŞ-nin Ukraynaya silah və sursat, o cümlədən raket və raket sistemləri tədarükünü dayandırdığı iddiaedilirdi. Qeyd edilirdi ki, xüsusilə, 100-dən çox Hellfire raketinin, 250-dən çox yüksək dəqiqlikli GMLRS raket kompleksinin, həmçinin Patriot zenit sistemləri üçün raketlərin və digər silahların tədarükü dayandırılıb.

Poliqon.info 

Seçilən
36
27
poliqon.info

10Mənbələr