
Prezident Donald Tramp “B-2” bombardmançılarının ABŞ-nın İranın nüvə obyektlərinə hücumundan sonra “İranı bombala” mahnısı fonunda çəkildiyi video ilə çoxlarını təəcübləndirib.
Reyting.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ-nın İrana hücumunda “B-2” təyyarəsindən istifadəyə istinad edib.
Yazıda “B-2” bombardmançılarının müxtəlif şəkilləri yer alır, fonda isə Vince Vance və The Valiants tərəfindən 1980-ci ildə buraxılmış “İranı bombala” mahnısı səslənir.
Mahnında “İranı bombalayın. Bir mövqe tutaq. İranı bombalayın. Ölkəmizdə hiss var. Qəzəb doğrudan da pik həddə çatıb, İranı bombalayın”,- sözləri ilə yanaşı,”Ayətullaha söyləyin, Səni tabuta qoyacağıq”,- kimi ifadələr də yer alıb.
Xatırladaq ki, D. Tramp iyunun 21-də “B-2” təyyarələrinin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirdiyini bəyan edərək, zərbələrin İranın nüvə zənginləşdirmə obyektlərini “tamamilə məhv etdiyini” bildirib. Lakin ABŞ mediası məxfi məlumatlara istinadla qeyd edir ki, İranın nüvə obyektləri tamamilə məhv edilməyib və Tehran bir müddət sonra nüvə texnologiyasını bərpa edə bilər.
E. KAMAL