Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin "CNN" və "The New York Times" media qurumlarını tənqid edib.
"AzPolitika" xəbər verir ki, bu barədə özünün "Truth" sosial media hesabından paylaşım edən Tramp hər iki qurumu “yalan xəbər yaymaqda” və “tarixin ən uğurlu hərbi əməliyyatını gözdən salmaqda” ittiham edib.
“Yalan xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə, tarixdəki ən uğurlu hərbi hücumlardan birini təsirsiz göstərmək üçün birləşib", -deyə Tramp bildirib.
Tramp paylaşımında əlavə edib ki, İranın nüvə obyektləri “tamamilə məhv edilib” və bu xəbərlərə görə həm "CNN", həm də "The New York Times" “xalq tərəfindən sərt tənqid olunur”.
Xatırladaq ki, ABŞ ordusu 22 iyun tarixində "B-2" bombardmançı təyyarələri və sualtı qayıqlardan istifadə edərək İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hücumlar həyata keçirmişdi. "CNN" və "The New York Times" isə bu hücumların İranın nüvə proqramını tam dayandırmadığını, yalnız bir neçə ay geriyə atdığını yazmışdı.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.