AZ

Türkiyə də, biz də Zelenski ilə bir masa arxasında oturmaq istəmədik - Orban

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-nun Haaqa sammitinin rəsmi proqramına qatılmama səbəbindən danışıb.

Publika.az xəbər verir ki, Orban açıqlamasında ABŞ, Türkiyə, Slovakiya və Macarıstanın Zelenski ilə bir masa arxasında oturmaq istəmədiyini bildirib:

"Zelenskinin NATO sammitinə heç bir rəsmi şəkildə qatılmaması, əvvəlki dövrün başa çatdığını göstərən ən mühüm işarədir. ABŞ, Türkiyə, Slovakiya və biz NATO ilə bağlı məsələlərdə Zelenski ilə eyni masa arxasında oturmaq istəmədiyimizi açıq şəkildə bildirdik".

Orban, həmçinin Zelenskini cümə axşamı və cümə günü keçiriləcək Avropa İttifaqı sammitində görməkdən məmnun olmadığını bildirib. Vurğulayıb ki, Macarıstanın öz milli maraqlarına uyğun olaraq, nə NATO, nə də Aİ daxilində Ukrayna ilə heç bir inteqrasiya qrupunun bir hissəsi olmaq istəmir.

Seçilən
5
7
publika.az

8Mənbələr