AZ

Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

NATO-nun Haaqa sammitinin təşkilatçıları Ukrayna prezidenti Vladimir Zelenskini görüşlərinə dəvət etməyiblər, çünki ABŞ, Türkiyə, Slovakiya və Macarıstan liderləri alyans məsələlərinə gəldikdə, onunla bir masa arxasında oturmaq istəmirlər.Reyting.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Zelenskinin Hollandiyada işçi görüşlərdə iştirak etməməsini şərh edərkən deyib.Onun sözlərinə görə, amerikalılar, türklər, slovaklar və macarlar NATO məsələsində Zelenski ilə bir masa arxasında oturmaq istəmirlər.O qeyd edib ki, NATO sammitindən dərhal sonra iyunun 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində Zelenskini görməkdən şad olacaq. E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
7
reyting.az

8Mənbələr