“Tesla”nın Avropada yeni avtomobil satışları may ayında bir əvvəlki ilə nisbətən 27,9% azalıb.
İndex.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, Avropada avtomobil satışları 1,9% artaraq, plug-in hibridlər və alternativ yanacaqlarda ən güclü artım olub.
Müştərilərin daha ucuz Çin elektrik avtomobillərinə üz tutması və bəzi hallarda “Tesla” CEO-su İlon Maskın siyasətlərinə etiraz etməsi səbəbindən “Tesla”nın Avropadakı satışları ardıcıl beş aydır ki, azalıb.
“Tesla”nın Avropa bazar payı may ayında 1,8%-dən 1,2%-ə düşüb.