AZ

İran müharibədə 600 dən çox dinc vətəndaşını itirib

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrailin İrana hərbi zərbələri nəticəsində İslam Respublikasında ölənlərin sayı 600-ü keçib, təkcə atəşkəsə qədərki 24 saat ərzində 100-dən çox insan həyatını itirib.

Missiya.Az “Mehr” agentlitinə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə nazirliyi açıqlama yayıb.

Qeyd olunur ki, İsrail müharibəsi başlayandan indiyədək İran üzrə ümumilikdə 5332 nəfər yaralanıb.

O da bildirilir ki, ölənlərin 95 faizi dağıntılar altında qalanlardır. 

Elcan

Missiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
13
missiya.az

10Mənbələr