AZ

UFC prezidenti: Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam

Cbcsport portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt Bakıda keçirilmiş turnirlə bağlı fikirlərini bölüşüb.

O, mətbuat konfransında sualları cavablandırıb.

UFC prezidenti yarışda 14 mindən çox tamaşaçı olduğunu söyləyib:

"Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər. Həyat yoldaşımla bura barədə danışmışam. Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam".

Qeyd edək ki, gecənin əsas döyüşündə Halil Rountri Camal Hilli məğlub edib.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
icma.az

10Mənbələr