AZ

Ərdoğan Trampla Rusiya-Ukrayna müharibəsini və Yaxın Şərq məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün getdiyi Haaqada ABŞ Prezidenti Donald Trampla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Dəftərxanası məlumat yayıb.

"Görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində əldə olunan İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb.

O, Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb", - dəftərxananın bəyanatında deyilir.

Seçilən
51
50
report.az

10Mənbələr