AZ

Husilər: ABŞ İran İsrail atəşkəs razılaşması bizi maraqlandırmır KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yəməndəki husilərin liderlərindən biri, Məhəmməd əl-Buhayti sosial şəbəkə X üzərindən yayımladığı bəyanatda bildirib ki, ABŞ, İran və İsrail arasında əldə olunmuş mümkün atəşkəs razılaşması husilərə aid deyil.

“ABŞ-ın sionist quruluş və İranla əldə etdiyi razılaşma yalnız bir şeyi sübut edir – sionistlər yalnız gücü anlayırlar. Bu razılaşmanın bizimlə heç bir əlaqəsi yoxdur və biz sionistlərə qarşı hücumları davam etdirəcəyik. Ta ki, onların Qəzza zolağında fələstinlilərə qarşı təcavüzü bitənə qədər,” – deyə əl-Buhayti qeyd edib.

KONKRET.az xəbər verir ki, İsrail tərəfi hələlik bu bəyanata münasibət bildirməyib. Bu barədə məlumatı İsrail mətbuatı yayıb.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
konkret.az

10Mənbələr