AZ

Naxçıvandakı DOST Mərkəzinin tikinti işlərinin 95%-i yekunladı

BAKI, 24 iyun. TELEQRAF

Naxçıvanda əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqinə rahat çıxışın təmin edilməsi məqsədilə şəhərində tikilən DOST Mərkəzinin tikintisi işlərinin 95%-i artıq tamamlanıb.

Teleqraf xəbər verir ki, layihəyə 2023-2025-ci illər üzrə ümumilikdə 2 128 616 manat vəsait ayrılıb ki, bunun da 1 901 268.5 manatı xərclənib.

Həmçinin muxtar respublikanın rayonlarında da vətəndaşlara “bir pəncərə” prinsipi ilə qeyd olunan xidmətlərin göstərilməsi məqsədilə DOST Filiallarının yaradılması üçün Nazirliyin tabeliyindəki təşkilatların inzibati binalarının əsaslı təmiri işlərinin həyata keçirilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq satınalma işləri həyata keçirilib.

Muxtar respublikada DOST Filiallarının 2025-2026-ci illər ərzində əsaslı təmir olunaraq mərhələli şəkildə fəaliyyətə başlaması nəzərdə tutulub. Qeyd edilən binaların təmiri işlərinə 2025-ci il üçün 2 milyon manat vəsait ayrılıb və işlərə artıq start verilib.

Seçilən
36
4
teleqraf.com

10Mənbələr