Türkiyənin “Ankaragücü” klubu azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə bağlayıb.
Bu barədə paytaxt klubunun mətbuat xidməti bildirib.
“U19 komandamızda nümayiş etdirdikləri uğurlu performanslarla önə çıxan gənc futbolçularımız Həsən Nəzərov və Berat Dolu klubumuzla peşəkar müqavilə imzalayıblar”, – klubun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Türkiyə Superliqasında uğursuz çıxışı ilə yadda qalan “Ankaragücü” növbəti mövsüm ikinci liqada mübarizə aparacaq.