Türkiyənin “Ankaragücü” klubu azərbaycanlı futbolçu Həsən Nəzərovla müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayııb.
Paytaxt təmsilçisi U-19 komandasının iki üzvü ilə peşəkar sözləşmə imzalayıb: “U-19 komandamızda nümayiş etdirdikləri uğurlu performanslarla önə çıxan gənc futbolçularımız Həsən Nəzərov və Berat Dolu klubumuzla peşəkar müqavilə imzalayıblar”.
Qeyd edək ki, Türkiyə Superliqasında uğursuz çıxışı ilə yadda qalan “Ankaragücü” növbəti mövsüm ikinci liqada mübarizə aparacaq.