İsrail ötən gecə İranın Gilan ostanından olan nüvə alimi Məhəmmədrza Siddiqi Sabiri evdə öldürüb.
“Əldə edilmiş məlumata görə, nüvə alimi Siddiqi Sabirin qayınata evi üç mərmi ilə vurulub”, – regionun “Baran” telekanalı bildirib. Qeyd olunub ki, daha əvvəl alimin Tehrandakı evinə hücum nəticəsində isə oğlu ölmüşdü.
“Kalanşəhr” nəşri isə alimin öldüyünü açıqlayıb.
