AZ

İranın nüfuzlu nüvə alimi öldürüldü -

İranlı nüvə alimi İsar Təbatəbai evinə edilən hücumda həyat yoldaşı ilə birlikdə həyatını itirib. Metbuat.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İranın nüvə sənayesinə əhəmiyyətli töhfələr verdiyi deyilən Təbatəbai, ötən həftə İsrail tərəfindən həyata keçirilən hücumlarda həyat yoldaşı Mənsure Hacı Səlimlə birlikdə evlərində öldürülüb. Xəbərdə hücumun nə vaxt və necə həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib. Qeyd edək ki, 2007-ci ildə nüvə mühəndisliyi üzrə doktorluq dərəcəsini tamamlayan Təbatəbai İranın nüvə sənayesində çalışıb.

İranda baş verən hücumlarda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.

Seçilən
7
metbuat.az

1Mənbələr