AZ

"Unikal əmanətçilərin sayı 7.5% artıb"

Müddətli əmanətlərdə illik artım 23.2%-ə çatıb. 

FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı bank sektorunda əmanətlərin artımı ilə bağlı mühüm statistik göstəriciləri açıqlayıb.

O bildirib ki, hesabat dövründə banklardakı ümumi depozitlərin həcmi illik 3.9% artaraq 36.7 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin ümumi həcmi isə 14.5 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% artım deməkdir.

Zakir Nuriyev qeyd edib ki, daha sevindirici göstəricilər müddətli əmanətlərlə bağlıdır. 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətləri 9.1 milyard manatı ötüb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.2% artım deməkdir.

Bu artımın əsas mənbəyi yeni bank müştəriləridir. Belə ki, 2025-ci ilin ilk 4 ayı ərzində unikal müddətli əmanətçilərin sayı 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatıb.

Seçilən
66
50
fed.az

7Mənbələr