AZ

Zakir Nuriyev: Banklardakı depozitlərin ümumi həcmi illik 3,9% artaraq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İslahatlar nəticəsində cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 67%-i nağdsız formada həyata keçirilib. Cari ilin 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi keçən ilin müvafiq dövri ilə müqayisədə 1.4 dəfə artıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi"ndə çıxışı zamanı deyib.

O qeyd edib ki, 2025-ci il aprelin sonu üçün bank sektorunun aktivləri təqribən 54.6 milyard manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% çoxdur:

"Ötən ilə nisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14% artaraq, hesabat dövründə 28.1 milyard manata çatıb.

Biznes kreditlərinin artım tempi də ikirəqəmli həddə qalıb və 11% olaraq müşahidə edilib. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53%-dən böyük hissəsini əhatə edir. Kreditlərin dollarlaşma əmsalı isə 15.2% təşkil etməkdədir, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz bəndi azdır".

Z.Nuriyev qeyd edib ki, cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1.7% təşkil edib:

"Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3.9% artaraq, 36.7 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14.5 milyard manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% çoxdur. Daha ürəkaçan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərin həcmi 9.1 milyard manatı ötüb ki, bu da illik müqayisədə 23.2% artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabına olub: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli) əmanətçilərin həcmi 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatıb".

Z.Nuriyev bildirib ki, depozitlərin manatlaşma əmsalı 41.7% olsa da, fiziki şəxslərdə bu hədd 33.7% təşkil edir: "Bunlarla yanaşı, bankların kapital mövqeyi də güclənmiş, sektorun cəmi balans kapitalı illik 10.4% artımla 7 milyard manat həddinə çatıb. 2025-ci ilin ilk 4 ayında banklar 339.8 milyon manat mənfəət və 1.5 milyard manat faiz gəliri əldə etdiyini müşahidə edirik".

"Hesabat dövründə bank kartlarının sayı illik 17% artımla 20.7 milyon ədəd təşkil edir. Bu artımın böyük bir hissəsi isə təmassız kartların hesabına baş verib. Ümumilikdə isə ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləməkdədir. POS-terminallar vasitəsilə edilən ödənişlərin isə 95%-dən çoxu da məhz təmassız ödənişlərin payına düşməkdədir.

"Bu il ərzində ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 67.1%-i nağdsız əməliyyatlardır (5 faiz bəndi artım). Kartlarla edilən nağdsız əməliyyatların həcmi 2025-ci ilin ilk 4 ayında cəmi təqribən 30 mlrd. olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur", - deyə ABA sədri fikrini tamamlayıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
oxu.az

2Mənbələr