AZ

Zakir Nuriyev: Bank sektorun cəmi balans kapitalı illik 10.4% artımla 7 mlrd. manata çatıb

Bannkların kapital mövqeyi güclənib, sektorun cəmi balans kapitalı illik 10.4% artımla 7 mlrd. manat həddinə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin aprel ayının sonu üçün bank sektorunun aktivləri təqribən 54.6 mlrd. manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% çoxdur:

“Ötən ilə nisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14% artaraq, hesabat dövründə 28.1 mlrd. manata çatıb.

Biznes kreditlərinin artım tempi də iki rəqəmli həddə qalmış və 11% olaraq müşahidə edilmişdir. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 mlrd. manat olmaqla, ümumi kredit portfelinin 53%-dən böyük hissəsini əhatə edir.

Kreditlərin dollarlaşma əmsalı isə 15.2% təşkil etməkdədir, bu da ötən eyni dövrü ilə müqayəsədə 3.5 faiz bəndi azdır.

Cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1.7% təşkil etməkdədir”.

Zakir Nuriyev qeyd edib ki, maliyyə ekosisteminin mühüm komponenti olan və innovativ həllərin tətbiqində aparıcı mövqeyə malik fintexlər, yənielektron pul təşkilatları və ödəniş təşkilatlarının fəaliyyəti beynəlxalq standartlara uğun olaraq təşkil edilir:

“Hazırda 19 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatorunun fəaliyyəti lisenziyalaşdırılıb.

Maliyyə inkluzivliyinin inkişaf etdirilməsi, rəqəmsal ödənişlər sahəsində tənzimləyici-nəzarət çərçivəsinin təkmilləşdirilməsi üzrə faəliyyət davam etdirilərək məsafədən bank hesablarının açılması və ödəniş alətləri üzrə daha effektiv tənzimləmə tələblərinin müəyyən edilməsi diqqətdə saxlanılıb.

İslahatlar nəticəsində cari ildə ödəniş kartlarıilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 67%-i nağdsız formada həyata keçirilib. Cari ilin 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi keçən ilin müvafiq dövri ilə müqayisədə 1.4 dəfə artıb.

Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3.9% artaraq, 36.7 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14.5 mlrd. manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% çoxdur. Daha ürək açan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır”.

Zakir Nuriyev qeyd edib ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərin həcmi 9.1 mlrd. manatı ötmüşdür ki,bu da illik müqayisədə 23.2% artım deməkdir:

“Bu da əsasən yeni bank müştərilərinin hesabına olmuşdur: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli) əmanətçilərin həcmi 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatmışdır.

Depozitlərin manatlaşma əmsalı 41.7% olsa da, fiziki şəxslərdə bu hədd 33.7% təşkil edir.

2025-ci ilin ilk 4 ayında banklar 339.8 mln. manat mənfəət və 1.5 mlrd. manat faiz gəliri əldə etdiyini müşahidə edirik.

Hesabat dövründə bank kartlarının sayı illik 17% artımla 20.7 mln. ədəd təşkil edir. Bu artımın böyük bir hissəsi isə təmassız kartların hesabına baş vermişdir. Ümumilikdə isə ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləməkdədir. POS-terminallar vasitəsilə edilən ödənişlərin isə 95%-dən çoxu da məhz təmassız ödənişlərin payına düşməkdədir”.

Onun sözlərinə görə, bu il ərzində ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 67.1%-i nağdsız əməliyyatlardır (5 faiz bəndi artım). Kartlarla edilən nağdsız əməliyyatların həcmi 2025-ci ilin ilk 4 ayında cəmi təqribən 30 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr