AZ

300-dən çox gənc dünyanın ən yaxşı universitetlərində təhsil alır

2025–2026-cı tədris ili üzrə xaricdə təhsil proqramına artıq 1000-dən çox müraciət daxil olub.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı danışıb.

Nazir vurğulayıb ki, 300-dən çox azərbaycanlı gəncin dünyanın ən nüfuzlu on ali təhsil müəssisəsində oxuması həm möhtəşəm göstəricidir, həm də ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir.

Sonda Emin Əmrullayev bildirib ki, həmin tələbələrin təhsillərini başa vurduqdan sonra Vətənə dönmələri və qazandıqları bilik və bacarıqları Azərbaycanda tətbiq etmələri olduqca vacibdir.

Seçilən
12
1
azedu.az

10Mənbələr