AZ

Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub

İlkin məlumata görə, 2025–2026-cı tədris ili üzrə xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub.

APA xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, 300-dən artıq azərbaycanlı gəncin dünyanın ən yaxşı on universitetində təhsil alması çox möhtəşəm və Azərbaycan üçün olduqca vacibdir

Emin Əmrullayev sonda bildirib ki, həmin tələbələrin təhsillərini başa vurduqdan sonra Vətənə qayıtmaları da xüsusi əhəmiyyət daşıyır.

Seçilən
9
9
apa.az

10Mənbələr