AZ

İsrailin Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində azı dörd nəfər ölüb – VİDEO – YENİLƏNİB

İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində qismən dağılmış yeddimərtəbəli binanın yanında daha bir nəfərin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Əvvəllər üç nəfərin öldüyü bildirilmişdi.

Nəşr hərbçilərə istinadən qeyd edib ki, İran ərazisindən ümumilikdə təxminən 15 raket buraxılıb və onların əksəriyyəti zərərsizləşdirilib.

07:28

İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində İrandan buraxılmış raketin yeddimərtəbəli binaya düşməsi nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı Milli Tibbi Xidmətə (Magen David Adom, MDA) istinadən məlumat yayıb.

“Təxminən 40 yaşlı kişi, təxminən 30 yaşlı qadın və təxminən 20 yaşlı gənc aldıqları xəsarətlər nəticəsində ölmüş elan edilib, yeddi nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir”, – nəşr tibb işçilərinin məlumatını təqdim edib.



Seçilən
4
2
azia.az

10Mənbələr