AZ

İsrailin Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində azı üç nəfər ölüb

İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində İrandan buraxılmış raketin yeddimərtəbəli binaya düşməsi nəticəsində azı üç nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı Milli Tibbi Xidmətə (Magen David Adom, MDA) istinadən məlumat yayıb.

“Təxminən 40 yaşlı kişi, təxminən 30 yaşlı qadın və təxminən 20 yaşlı gənc aldıqları xəsarətlər nəticəsində ölmüş elan edilib, yeddi nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir”, – nəşr tibb işçilərinin məlumatını təqdim edib.

Seçilən
9
2
report.az

10Mənbələr