İran Milli Təhlükəsizlik Şurası bəyan edib ki, Qətərdə yerləşən ABŞ-a məxsus Əl-Üdeyd Hərbi Hava Bazasına edilən raket hücumu yalnız hərbi hədəfə yönəlib və Qətər dövləti üçün heç bir təhlükə yaratmır.
Paralel.az xəbər verir ki, rəsmi Tehranın bu açıqlaması sadəcə, gülməlidir. Sən bir ölkənin ərazisinə raket və dron yağıdır, sonra da de, "qəti qorxusu yoxdur."
Qətər İranın bu hərəkətindən narazı qalıb. Qətər Xarici İşlər Nazirliyi bildirib ki, İranın zərbəsi “Qətər dövlətinin suverenliyi və hava məkanının, habelə beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”.(musavat.com)