"ABŞ-ın İranın dinc məqsədli nüvə obyektlərinə qarşı hücumuna cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə SEPAH və "Xatəm əl-Ənbiya" komandanlığı ilə "Bərəkətül-Fəth" əməliyyatı çərçivəsində Qətərdəki Əl-Udeyd aviabazasına güclü raket zərbəsi endirib."
Milli.Az xəbər verir ki, bu açıqlama İran Silahlı Qüvvələrinin bəyanatında öz əksini tapıb.
Qeyd edək ki, baza ABŞ Hərbi Hava Qüvvələrinin qərargahı və ABŞ-ın regiondakı ən böyük hərbi obyektidir.
İran tərəfi həmçinin bildirib ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinə hər hansı qəsd cavabsız qalmayacaq. İran regiondakı ABŞ bazalarını həssas nöqtələr adlandırıb.
Milli.Az