AZ

İranın Qətərdəki ABŞ bazasına atdığı raketlərin sayı simvolik anlam daşıyır

İran Əl-Udeyd hərbi bazasına endirdiyi raket zərbələrinin sayını xüsusi şəkildə müəyyən edib.

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, İranın Mehr agentliyi bu məlumatı İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına istinadla yayıb və bildirib ki, atılan raketlərin sayı ABŞ-ın daha əvvəl İran ərazisinə atdığı bombaların sayına bərabərdir.

Rəsmi Tehranın bu addımı "simvolik ədalət" mesajı kimi dəyərləndirilir və İran rəhbərliyi bu hücumla göstərmək istəyir ki, ABŞ-ın hərbi təzyiqlərinə qarşı ölçülü və balanslı cavablar veriləcək. Mehr agentliyi həmçinin qeyd edir ki, raketlərin hədəfləri əvvəlcədən dəqiq müəyyənləşdirilib və bu, ABŞ hərbi mövcudluğuna birbaşa xəbərdarlıq xarakteri daşıyır.

Rəsmilər bölgədəki vəziyyətin inkişafından asılı olaraq yeni hücumların istisna olunmadığını bildirir.

Seçilən
0
48
paralel.az

10Mənbələr