ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"5 xüsusi ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud uşaqların təhsili həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bu barədə "Teleqraf"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, ölkə üzrə 12 minə yaxın sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub:
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında" qanuna əsasən xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir. Təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir".
MÜTDA-dan verilən məlumata görə ölkədə inklüziv təhsil 67 məktəbdə həyata keçirilir:
"2025-2026-cı tədris ilindən etibarən əlavə olaraq 24 məktəbdə inklüziv təhsilin təşkili nəzərdə tutulub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 137 sayda inteqrasiya təlimli təhsil müəssisəsində xüsusi siniflər təşkil olunub. Bununla yanaşı, 17 inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, 6 internat tipli xüsusi ümumtəhsil məktəbi sağlamlıq imkanları məhdud uşaqların təhsilini həyata keçirir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.