BAKI, 23 iyun. TELEQRAF
“5 xüsusi ümumtəhsil məktəbindəsağlamlıq imkanları məhdud uşaqların təhsilihəyata keçirilir”.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə 12 minə yaxın sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub:
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir. Təhsil sahəsində mövcud normativ hüquqi aktlara əsasən sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinə cəlb olunması yerli təhsili idarəetmə orqanların nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarına əsasən həyata keçirilir”.
MÜTDA-dan verilən məlumata görəölkədə inklüziv təhsil 67 məktəbdə həyata keçirilir:
“2025-2026-cı tədris ilindən etibarən əlavə olaraq 24 məktəbdə inklüziv təhsilin təşkili nəzərdə tutulub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 137 sayda inteqrasiya təlimli təhsil müəssisəsində xüsusi siniflər təşkil olunub. Bununla yanaşı, 17 inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi,6 internat tipli xüsusi ümumtəhsil məktəbi sağlamlıq imkanları məhdud uşaqların təhsilini həyata keçirir”.