AZ

ABŞ-da İran mübahisəsi

ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hava zərbələri endirməzdən əvvəl bəzi yüksək səviyyəli Konqres üzvlərini məlumatlandırıb, lakin hücumlar baş verənə qədər bəzi Demokrat liderlərə məlumat verilməyib.

CNN-ə danışan Respublikaçılar Partiyasının məsələ ilə tanış olan rəsmiləri bildiriblər ki, Konqresin aparıcı Demokrat üzvləri Tramp administrasiyasının İrana hücumu barədə məlumatlandırılmayıb.

***

Səlahiyyətlilər qeyd edib ki, Konqresdəki iki ən yüksək rütbəli respublikaçı, Nümayəndələr Palatasının sədri Mayk Conson və Senatda çoxluq lideri Con Tune hücumlar barədə əvvəlcədən məlumatlandırılıblar.

Digər tərəfdən, səlahiyyətlilər hücumlar başlayandan sonra Senatda azlıq lideri Çak Şumer və Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan Azlıqların lideri Hakim Cefrisin məlumatlandırıldığını iddia edib.

***

Ancaq Ağ Evin sözçüsü Kerolayn Livitt “X” hesabında etdiyi paylaşımda bu iddiaları təkzib edərək, Şumerin hücumlardan əvvəl, Ceffrisə isə onunla əlaqə saxlamaq mümkün olmadığı üçün hücumlardan sonra məlumat verildiyini bildirib.

Bu arada Ağ Ev Trampın İrana hücumlarının nəticələrini müzakirə etmək üçün bu gün Milli Təhlükəsizlik Şurası (MTŞ) ilə görüşəcəyini açıqlayıb.

Seçilən
2
1
vaxt.az

2Mənbələr