AZ

ABŞ da İranın hücumu ilə bağlı demokratlara məlumat verilməyib?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə hava zərbələri endirməmişdən əvvəl bəzi yüksək vəzifəli Konqres üzvlərini məlumatlandırdığı, lakin bəzi Demokrat liderlərin hücumlardan sonra məlumatlandırılmadığı bildirilib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, CNN-ə danışan məsələ ilə tanış olan Respublikaçılar Partiyası rəsmiləri bildiriblər ki, Konqresin aparıcı Demokrat üzvləri Tramp administrasiyasının İrana hücumundan xəbərsizdirlər.

Rəsmilər qeyd edib ki, Konqresdəki ən yüksək rütbəli iki respublikaçı - Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senat çoxluğunun lideri Con Tune hücumlar barədə əvvəlcədən məlumatlandırılıblar.

Digər tərəfdən, rəsmilər hücumların başlamasından sonra Senatda azlıq lideri Çak Şumer və Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan Azlıq lideri Hakim Cefrisin məlumatlandırıldığını iddia edib.

Ancaq Ağ Evin sözçüsü Karoline Leavitt "X" hesabında etdiyi paylaşımda bu iddiaları təkzib edərək, Şumerin hücumlardan əvvəl, Ceffrisə isə onunla əlaqə saxlamaq mümkün olmadığı üçün hücumlardan sonra məlumat verildiyini bildirib.

Bu arada Ağ Evdən verilən açıqlamada Trampın İrana qarşı hücumlarının nəticəsini müzakirə etmək üçün bu gün Milli Təhlükəsizlik Şurası (MTŞ) ilə görüşəcəyi bildirilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr