AZ

Rəhbərlər niyə işçilərə qışqırır?

Bir çox rəhbər üçün iş yerində qışqırmaq və səs tonunu yüksəltmək adi idarəetmə üsuluna çevrilib. Bu davranışla onlar tapşırıqların yerinə yetirilməsinə nail olduqlarını düşünürlər. Lakin uzunmüddətli perspektivdə bu yanaşma həm kollektivin psixoloji durumuna, həm də layihələrin uğuruna zərər verir.

“Cəhənnəm Mətbəxi” (Gordon Ramsay) realiti-şousuna baxdıqdan sonra Corciya Universitetinin (UGA) professoru Szu-Xan Lin bu mövzu üzərində elmi araşdırma aparmaq qərarına gəlib.

Ölkə.az lent.az-a istinadən xəbər verir ki, rəhbərlərin iş yerində nümayiş etdirdiyi aqressiv davranışlar təsadüfi deyil və yorğunluq, tükənmişlik və ya streslə bağlı olmaya da bilər.

Linin araşdırmasının əsas nəticələri:

Rəhbərlər çox vaxt qışqırmağı idarəetmə aləti kimi görürlər. Onlar qışqıraraq "kim müdirdir" mesajını verməyə və işçiləri qorxudaraq itaətkarlıq yaratmağa çalışırlar. Qışqırdıqdan sonra rəhbərlər peşmanlıq deyil, əksinə məmnunluq hiss etdiklərini bildiriblər. Bu davranışın məqsədi komandaya tam nəzarət yaratmaqdır.

Araşdırmanın gedişatı: iki mərhələli tədqiqat

Birinci mərhələ

100-ə yaxın rəhbərlə müsahibə aparılıb (bankçılıq, sığorta, səhiyyə və s. sahələrdən). Onlardan soruşulub: “İşçilərə qışqırırsınızmı? Və niyə?” Çoxları bunu qəsdən etdiklərini və bu üsulun effektiv nəticə verdiyinə inandıqlarını bildirib.

İkinci mərhələ

249 menecer 2 həftə ərzində izlənilib. Onlara hər gün sual verilib: “Bu gün işçiyə qışqırdınızmı? Səbəbi nə idi?” Nəticə: əksəriyyət şüurlu şəkildə qışqırma və qorxutmanı idarəetmə vasitəsi kimi istifadə etdiklərini etiraf edib. Yalnız az sayda rəhbər bu davranışdan peşman olduğunu bildirib.

Uzunmüddətli nəticələr necə olur?

Professor Lin bildirir ki,  bu cür davranışlar qısamüddətli nəticə verə bilər, lakin uzunmüddətli perspektivdə:

kollektivdə etimadsızlıq yaradır, işçilərdə motivasiyanı azaldır, psixoloji təzyiqləri artırır və komandanın məhsuldarlığını aşağı salır.

Szu-Xan Linin araşdırmasındakı əsas məqsəd –rəhbərlərin öz davranışlarını dəyərləndirməyə təşviq etmək və aqressiv olmayan, konstruktiv idarəetmə üsullarını tətbiq etməyə səsləməkdir.

Seçilən
2
1
olke.az

2Mənbələr