AZ

İran ordusundan ABŞ-a sərt xəbərdarlıq: “Elə cavab alacaqsınız ki, peşman olacaqsınız”

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son hücumlar bölgədə gərginliyi daha da artırıb.


Tehran bu zərbələri açıq şəkildə “cinayət” adlandıraraq, cavabın qaçılmaz və ağır olacağını bildirib. İran Silahlı Qüvvələrinin koordinasiya qərargahı olan “Hatəm əl-Ənbiya” bu gün yayımladığı rəsmi bəyanatda bildirib ki, ABŞ-ın bu addımları regionda sabitliyi pozur və strateji səbir həddini artıq keçib.
“Bu cinayətə cavab olaraq güclü və hədəfə yönəlmiş əməliyyatlarımızla elə nəticələrlə qarşılaşacaqsınız ki, təsəvvürünüzü aşacaq və sizi peşman edəcək. Bu əməliyyatlar regionla məhdudlaşmayacaq və yeni reallıqlar yaradacaq,” – deyə bəyanatda vurğulanır.
İranın hərbi rəhbərliyi ABŞ-ı bölgədəki balansı bilərəkdən pozmaqda və İranın suveren hüquqlarına təcavüz etməkdə ittiham edir. “Hatəm əl-Ənbiya” qərargahı İran Silahlı Qüvvələrinin müdafiə deyil, artıq cavab əməliyyatlarına hazır olduğunu bəyan edib. Tehran bu reaksiyanın yalnız ABŞ qüvvələrinə deyil, onun müttəfiqlərinə və regiondakı bazalarına da təsir edə biləcəyini açıq şəkildə ifadə edir.
Bu bəyanat İran-ABŞ münasibətlərində yeni, daha təhlükəli mərhələyə keçidin göstəricisi kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, əgər İran bu təhdidləri reallaşdırsa, Yaxın Şərqdə ABŞ bazalarına qarşı dron və raket hücumları da daxil olmaqla genişmiqyaslı hərbi əməliyyatlar istisna edilmir. Həmçinin ehtimal olunur ki, İran müttəfiqləri – Livandakı Hizbullah, Yəməndəki husilər və İraqdakı şiə milislər vasitəsilə ABŞ maraqlarına dolayısı ilə zərbələr endirə bilər.
İran hökuməti beynəlxalq ictimaiyyətə də müraciət edərək, ABŞ-ın bu “təcavüzkar siyasəti”nə qarşı mövqe bildirməyə çağırıb. Bu çağırış əsasən BMT, Rusiya, Çin və Avropa İttifaqına yönəlib. Rusiya və Çin artıq hadisələrə ehtiyatlı, lakin İranı qismən müdafiə edən bəyanatlarla reaksiya veriblər. Avropa İttifaqı isə vəziyyətdən ciddi narahatlıq keçirdiyini və diplomatik həll yollarının zəruri olduğunu vurğulayıb.
Seçilən
10
50
yenilik.az

10Mənbələr