Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa millinin sabiq çalışdırıcısı Fernandu Santuşla bağlı danışıb.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi 2023-cü ildə Polşa millisini içalışdırıb.
Sezari Kuleşa, “Przeglad Sportowy” nəşrinə açıqlamasında portuqaliyalı mütəxəssisin Polşa millisində uğursuz olduğunu xatırladıb:
“Bizə Qaret Sautqeyti təklif etdilər. Amma əsas məsələni unutmamalıyıq. Heç bir əcnəbi məşqçi bizə dünya çempionatına gedəcəyimizə zəmanət verməyəcək. Əgər Sautqeyt bizə belə bir zəmanət versəydi, dərhal onunla müqavilə bağlayardıq. Fernandu Santuş da buna gözəl nümunədir. Uğurlu məşqçi, böyük addır. Hamımız onu alqışladıq. Amma sonda baş verənlər hamımızı təəccübləndirdi və üzücü oldu”.
Sezari Kuleşa
F.Santuş 2023-cü ilin yanvarında Polşa millisinin baş məşqçisi təyin edilib. Ancaq uğursuz nəticələrə görə cəmi 9 ay sonra millidən göndərilib.
Xatırladaq ki, Azərbaycan millisi Santuşun rəhbərliyi altında 10 oyuna çıxıb və qələbə qazana bilməyib.