Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa əcnəbi mütəxəssisin milli komandaya baş məşqçi təyin olunmasının məqsədəuyğunluğundan danışarkən, Azərbaycan millisinin hazırkı çalışdırıcısı, əvvəllər polyaklara başçılıq etmiş Fernandu Santuşu da xatırlayıb.
Sportal.az xəbər verir ki, “Przeglad Sportowy” portalına danışan Kuleşa bunları deyib:
"Bizə Qaret Sautqeytlə müqavilə imzalamağı təklif etdilər. Amma əsas məsələni yadda saxlamalıyıq: heç bir əcnəbi məşqçi bizə dünya çempionatına gedəcəyimizə zəmanət verməyəcək. Sautqeyt bizə belə bir zəmanət versəydi, dərhal müqavilə bağlayardıq. Fernandu Santuş da buna gözəl nümunədir. Uğurlu məşqçi, böyük addır. Hamımız onu alqışladıq. Amma sonda baş verənlər hamımızı təəccübləndirdi və üzücü oldu”.
Xatırladaq ki, Santuşun rəhbərliyi altında millimiz 10 matçda bir qələbə də qazana bilməyib.
saytlarin hazirlanmasi