AZ

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələrdə 350 yə yaxın gənc təqaüddən yararlanır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qızların təhsili ilə bağlı layihələrdə 350-yə yaxın gənc təqaüddən yararlanır".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Gənc qızların təhsilinə dəstək" layihəsinin məzun günü tədbirində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov səsləndirib.

O bildirib ki, Təhsilin İnkişafı Fondu Elm və Təhsil Nazirliyinin tabeliyində ölkə başçısının müvafiq fərmanı ilə yaradılıb və yarandığı gündən ilk layihəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qızların təhsilinə dəstəyə həsr edib:

"Layihəyə indiyə qədər üç mindən çox müraciət daxil olub. Hazırda 350-yə yaxın gənc qız bu layihələr çərçivəsində təqaüd alır".

Fond rəhbəri qeyd edib ki, bu proqramlardan biri - Azərbaycanda ilk qızlar məktəbinin yaradıcısı Hənifə xanım Məlikovanın adına olan layihə çərçivəsində bu gün 145 gənc qız ali təhsil müəssisələrində təhsil alır:

"Əgər 2022-ci ildə layihə 25 nəfəri əhatə edirdisə, hazırda bu rəqəm 145-ə çatıb".

Digər proqramlar haqqında məlumat verən E.Nəsibov vurğulayıb ki, "NEQSOL Holding"lə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Parlaq Təqaüd və İnkişaf Proqramı" ilə 100 qız informasiya texnologiyaları, mühəndislik və qeyri-ənənəvi sahələrdə ixtisas alıb. Bu iştirakçılar arasında beş nəfər şəhid həyat yoldaşı da yer alır:

"Qürurverici haldır ki, həmin layihənin rəhbərlərindən biri şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovadır".

Fondun digər layihələrindən biri "Zərif Mühəndislər" təqaüd proqramı da Sumqayıt Texnologiyalar Parkı (STP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir:

"Bu proqram üzrə 50 gənc qız kimya, sənaye və mühəndislik sahələrində təhsil alır".

E.Nəsibov vurğulayıb ki, özəl sektorla birgə həyata keçirilən layihələrin üstün cəhəti təkcə maddi dəstək deyil, həm də iştirakçıların təcrübə və mentorluq proqramlarına qoşulması, sonradan isə əmək bazarına inteqrasiyasıdır.

O əlavə edib ki, Azərbaycanın ilk qadın riyaziyyatçısı Maya Hacıyevanın adına keçirilən layihədə 30 qız iştirak edib və onlar informasiya texnologiyaları sahəsində ixtisas əldə ediblər.

O, həmçinin Kapital Bankla birgə icra edilən "Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramından da bəhs edib.

Fond sədri sonda bütün tərəfdaşlara və layihə iştirakçılarına təşəkkürünü bildirib.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
oxu.az

2Mənbələr