AZ

Şimali Koreyanın "İran" mesajı

Şimali Koreya ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu kəskin şəkildə pisləyib və bildirib ki, Yaxın Şərqdəki mövcud vəziyyət beynəlxalq sülh və təhlükəsizliyin təməlini sarsıdıb. 

"Cebheinfo.az" –ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən (KCNA) məlumatına görə, Xarici İşlər Nazirliyi ABŞ-nin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hücumuna reaksiya verib. Nazirliyin açıqlamasında "ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini və beynəlxalq hüququ pozan hücumunu şiddətlə qınayırıq" deyilir. 

Bəyanatda ABŞ-nin “İranın ərazi bütövlüyü və təhlükəsizlik maraqlarına təcavüz etdiyi” qeyd edilib: “Yaxın Şərqdə mövcud vəziyyət beynəlxalq sülh və təhlükəsizliyin bünövrəsini sarsıdan bir vəziyyətdir və İsrailin müharibə hərəkətləri və ərazi genişlənməsi yolu ilə öz birtərəfli maraqlarını həyata keçirmək üçün ehtiyatsız cəsarətinin və buna dözümlülük göstərən və təşviq edən Qərb tipli azad nizamın qaçılmaz məhsuludur”. 

Bəyanatda deyilir ki, İsrail və ABŞ-nin “sülhməramlılıq bəhanəsi ilə” Yaxın Şərqdə gərginliyi artıran hərəkətləri qlobal nizam üçün ciddi mənfi nəticələrə səbəb ola bilər. Dünən ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu həyata keçirdiklərini açıqlayıb və bu əsas nöqtələrin “tamamilə məhv edildiyini” bəyan edib. 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr