Bakı. Trend:
Niderlandın ING bank qrupu Hörmüz boğazının bağlanması risklərifonunda “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozlarınıqaldırıb.
Bu barədə TrendING-nin son hesabatına istinadən xəbər verir.
“Biz Hörmüz boğazının tam bağlanması ehtimalının çox aşağıolmasını hesab etsək də, geosiyasi risklərin əhəmiyyətli dərəcədəartdığı açıq-aydındır. İsrailin İrana qarşı davam edən hücumlarınınəzərə alsaq, İran neftinin tədarükünə real risklər mövcuddur. Busəbəbdən biz cari ilin qalan dövrü üzrə neft proqnozumuzu yenidənnəzərdən keçirdik. Əvvəllər üçüncü rüb üçün Brent markalı neftinorta qiymətinin bir barel üçün 62 dollar olacağını gözləyirdik,indi bu proqnozu 70 dollara qaldırmışıq. Dördüncü rüb üzrə proqnozuda 59 dollardan 64 dollara yüksəltmişik”, – deyə ING-nin sonhesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, tədarüklərdə yarana biləcək istənilənpozuntular qiymətlərə yenidən baxılmasını tələb edə bilər.
ING analitikləri Hörmüz boğazının qlobal neft və mayeləşdirilmiştəbii qaz (MTQ) tədarükləri baxımından əsas nöqtə olduğunu və onunvasitəsilə ümumi dənizlə neft daşımalarının dördə bir hissəsininhəyata keçirildiyini xatırladıblar.
Eyni zamanda, qlobal MTQ tədarükünün 20 faizə yaxını məhz bumarşrutdan keçir.
“Neft axınlarının müəyyən qədər yönünü dəyişmək mümkündür.Səudiyyə Ərəbistanının Qırmızı dənizdən neft daşımağa imkan verən,sutkada 5 milyon barel gücündə “East-West” neft kəməri mövcuddur.Birləşmiş Ərəb Əmirliklərinin də Hörmüzü keçmədən Oman körfəzinəçıxan, gündəlik 1,8 milyon barel ötürücülük qabiliyyəti olan kəmərivar. İran isə həmin körfəzə doğru gündəlik təqribən 300 min barelötürücülük qabiliyyəti olan neft kəmərinə malikdir. Lakin nəzərəalsaq ki, Hörmüz boğazından gündəlik 20 milyon bareldən artıq neftkeçir, bu tədarükün mühüm hissəsi risk altında qalır.
Həmçinin, İranın öz proksi qüvvələri vasitəsilə digər stratejinöqtələrdə də tədarükə zərbə vurma cəhdlərini də görə bilərik. Sonvaxtlar biz Bab-əl-Məndəb boğazından keçən gəmilərə husilərinhücumlarının şahidi olmuşuq”, – hesabatda deyilir.
ING-yə görə, Hörmüz boğazının bağlanması neft bazarındavəziyyətin kəskin dəyişməsinə və təklifin azalmasına səbəbolacaq.
“OPEK-in ehtiyat hasilat gücləri bu vəziyyətdə fayda verməyəcək– çünki onların böyük hissəsi İran körfəzində yerləşir, yənitədarüklər yenə də Hörmüzdən keçməli olacaq. Nəticədə, ölkələrstrateji neft ehtiyatlarının buraxılmasını əlaqələndirməliolacaqlar. Aydındır ki, bu, yalnız müvəqqəti həll ola bilər.Qiymətlərin artması ABŞ-də neft hasilatı fəallığını artıracaq,lakin yeni hasilatın bazara çıxması üçün vaxt lazım olacaq.Üstəlik, bu həcmdə hasilat Hörmüzdən keçən neftin yerini tamdoldura bilməz”, – deyə ING ekspertləri bildirirlər.
Onların hesablamalarına görə, əgər Hörmüz boğazının bağlanmasıuğurla həyata keçirilərsə, “Brent” neftinin qiyməti qısa müddətdəbir barel üçün 120 dollara çata bilər, əgər bu pozuntu 2025-ci ilinsonuna qədər davam etsə, qiymət 150 dolları keçərək, yeni tarixirekordlara yol aça bilər.
Bununla belə, hesabatda vurğulanır ki, İranın ABŞ-ninhücumlarına cavab vermək istəyi olsa da, Hörmüzü tam bağlamaq ifrataddım ola bilər.
“Neft axınları və qiymətlərə təsiri nəzərə alaraq, bu cürhərəkətlər ABŞ və digər ölkələrdən dərhal reaksiya doğura bilər.Bundan əlavə, Hörmüzdən keçən neftin 80 faizdən çoxu Asiyaölkələrinə yönəlir və bu region, ABŞ-dən daha çox zərər görəcək.Buna görə də İran, məsələn, Çinlə əlaqələri pozmamaq üçün ehtiyatlıdavranmalı və tədarükləri pozmamalıdır. Üstəlik, İranın öz nefti dəməhz Hörmüzdən keçir və blokada onun öz ixracatına da zərbəvuracaq”, – deyə vurğulanır.
ING analitikləri əlavə edirlər ki, busəhərki qiymət hərəkətləribazarın hələlik Hörmüzün bağlanmasını real ehtimal kimiqiymətləndirmədiyini göstərir – “Brent” markalı neftin qiymətiticarət sessiyasının əvvəlində qısamüddətli artımdan sonra yenidən80 dollar/bareldən aşağı düşüb.