İsrail ordusu İranın Əlborz əyalətində yerləşən SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus hərbi bazanı raket zərbələri ilə hədəfə alıb.
Musavat.com-un məlumatına görə, hücum Savucbulaq şəhərində yerləşən strateji bazaya yönəlib. Hadisə nəticəsində əraziyə ciddi zərər dəydiyi bildirilir. Zərbə zamanı güclü partlayış səsləri eşidilib və alovun yüksəldiyi müşahidə olunub.
İsrail tərəfi hücumu hələ rəsmi şəkildə təsdiqləməyib. İran tərəfinin cavabı və mümkün itkilər barədə dəqiq məlumat yoxdur.
Musavat.com