Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində komandalar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
"Football-plus.az" xəbər verir ki, iyunun 24-ü və 25-də baş tutacaq yarışa millimiz geniş heyətlə yollanıb.
Yığmamız Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, yekunda ilk 3 yeri tutan komandalar 2-ci diviziona yüksələcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta