AZ

Atletlərimiz Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində komandalar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

 

Modern.az xəbər verir ki, iyunun 24-ü və 25-də baş tutacaq yarışa Azərbaycan millisi geniş heyətlə yollanıb.

 

Yığmamız Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, yekunda ilk 3 yeri tutan komandalar 2-ci diviziona yüksələcək.

Seçilən
0
15
modern.az

10Mənbələr