"İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin taleyi İsrailin qərarından asılıdır".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
O iddia edib ki, Vaşinqton özü də İranın hakim rejimində dəyişiklik etməyə çalışmır.
İyunun 17-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hazırda Xameneini məhv etməyi planlaşdırmır. Bununla belə, o, asan hədəf olduğunu və ABŞ-da onun harada olması barədə məlumatın olduğunu bildirib.
Məlum olub ki, Əli Xamenei ona nəsə baş verəcəyi təqdirdə artıq üç varis seçib.
Adının çəkilməsini istəməyən İran rəsmisi "Reuters" agentliyinə deyib ki, Ayətullah Seyid Əli Xameneiyə sui-qəsd bütün qırmızı xətlərin keçilməsinə və məhdud cavaba səbəb olacaq.