AZ

İsrail Xameneinin ola biləcəyi bunkerin yerləşdiyi ərazini VURDU

İsrail Hərbi Hava Qüvvələri Tehranın Lavisan bölgəsinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 9" telekanalı məlumat yayıb.

Qeyd edilib ki, edilən hücumlar geniş dağıntılara və yanğınlara səbəb olub.

Bildirilib ki, ərazidə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin yerləşə biləcəyi bunkerin olduğu güman edilir.

Hazırda onun zərbənin birbaşa hədəfi olduğuna dair heç bir əlamət yoxdur.

Sözügedən ərazidən lentə alınan görüntüləri təqdim edirik:

Seçilən
38
50
publika.az

10Mənbələr