“Kəpəz”in baş məşqçisi Adil Şükürov komandanın son durumu və yay hazırlıq planı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, hazırda bəzi oyunçularla danışıqlar apardıqlarını söyləyib. "Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, “Kəpəz” azarkeşlərinə məlumat verəcək. Bu arada, kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Çalışırıq transfer məsələsində yanılmayaq. Amma biz futbolçuların əvvəlki komandalarda oyunlarını izləyirik. Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Yekun qərar qəbul etdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək”.
Baş məşqçi qərb təmsilçisinin hazırlıq planı barəsində də danışıb: “İyunun 30-da komanda Gəncədə hazırlığa start verəcək. Bilirsiz ki, klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var.
10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq”.
Şükürov “sarı-göylər”in 5 yoxlama matçında qüvvəsini sınayacağını deyib: “Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqustda meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək”.
Şükürov, artıq məşqçilər korpusunda yer alacaq mütəxəssislərin dəqiqləşdiyini vurğulayıb: “Məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək”.
DÇ: “Fluminense”dən inamlı qələbə, “Monterrey” heç-heçə etdi
Aqil Nəbiyevin yetirmələrindən növbəti qələbə
“Sabah” beynəlxalq turnirin qalibi olub
Ernad Skuliç: "Zirə" üçün çox çətin olacaq"
"Sabah" "Lill"də oynamış futbolçunu transfer edib