Yəmən İran və İsrail arasında gedən münaqişəyə qoşulmağa hazır olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Husi ordusunun "X" sosial platformasında yayılan rəsmi bəyanatda bildirilib.
"Yəmən rəsmi olaraq müharibəyə qatılacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun," - hərəkat tərəfindən vurğulanıb.
Bəzi teleqram kanalları isə Yəmənin strateji Bab əl-Məndəb boğazını bağladığını iddia edirlər.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi. ABŞ Prezidenti Donald Tramp isə Tehran təslim olmazsa, yeni hərbi əməliyyatlarla hədələmişdi. İranın xarici işlər naziri Abbas Əraqçi isə Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib və ölkəsinin suverenliyini, milli maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu saxladığını bəyan edib.
Kənan
Milli.Az