AZ

İrandan İsrailə ağır zərbə: 86 yaralı var - VIDEO

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hücumlara cavab olaraq, İran İsrailə qarşı raket zərbələri endirib.

Bu barədə "The Times of Israel" nəşri yazıb.
Mənbə qeyd edir ki, həyata keçirilən iki raket hücumu nəticəsində 86 nəfər yaralanıb.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın nüvə proqramını hədəf alan hərbi əməliyyata start verib. İranın cavabı isə gecikməyib - ertəsi gün və sonrakı müddətdə tərəflər bir-birinə qarşı qarşılıqlı raket zərbələri endiriblər.

Hər iki ölkə hücumlar nəticəsində insan tələfatı və xəsarətlər barədə məlumat yayıb. Hazırda regionda vəziyyət son dərəcə gərgindir və yeni toqquşmaların baş verməsi istisna olunmur.




Seçilən
6
2
news365.az

10Mənbələr