Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
Bu barədə Aznews.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
C. Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.