XİN-dən Demokrat.az-a verilən xəbərə görə, Ceyhun Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
Nazir Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10Mənbələr
-
report.azƏfqanıstan ECO-nun Xankəndidə keçiriləcək sammitinə yüksək vəzifəli nümayəndə heyəti göndərib ( 18804379)
-
anews.azİran prezidenti Qarabağa gəlir ( 18803776)
-
cebheinfo.azİƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yayıblar ( 18523594)
-
bizim.mediaİƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar ( 18521398)
-
olke.azXİN: Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir ( 18514702)
-
aznews.azXİN: Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir ( 18512782)
-
sherg.azCeyhun Bayramov Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak edib ( 18512266)
-
publika.azAzərbaycan regionda yaşanmış gərginliyi narahatlıqla izləyir - Ceyhun Bayramov ( 18512212)
-
demokrat.azCeyhun Bayramov Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak edib ( 18512107)
-
ikisahil.azCeyhun Bayramov Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak edib ( 18512041)