BAKI, 22 iyun. TELEQRAF
ABŞ lazım gələrsə, bir neçə dəqiqə ərzində İrandakı əlavə hədəfləri məhv etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə İrana zərbələrlə bağlı televiziya ilə müraciəti zamanı deyib.
"Əgər sülh tez gəlməsə, biz digər hədəflərə dəqiqlik, sürət və bacarıqla hücum edəcəyik. Onların əksəriyyəti bir neçə dəqiqə ərzində məhv edilə bilər", - Amerika lideri bildirib.
Trampın sözlərinə görə, İranda “daha çox hədəflər” var və ABŞ “onların ən çətinini və yəqin ki, ən təhlükəlisini” vura bilib.